--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Dominikan Respublikası arasında iki mühüm sənəd imzalandı

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 08:28 1100 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvarez Gil ilə görüşüb.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusional əsaslarının gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələləri də nəzərdən keçirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və koordinasiyanın genişləndirilməsi imkanlarını müzakirə ediblər.Görüşün sonunda Azərbaycan Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı şəkildə aradan qaldırılmasını nəzərdə tutan saziş imzalanıb.Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.Yeni sənədlərin iki ölkə arasında institusional əməkdaşlıq imkanlarının genişləndirilməsinə və Azərbaycan-Dominikan Respublikası münasibətlərinin inkişafına töhfə verəcəyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov fransalı həmkarı ilə regional məsələləri müzakirə edib

Next Article

Paşinyan Nyu-Yorkda velosiped sürdü – 36 kilometr yol qət etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-İran sazişi: Regionda sülhün başlanğıcı?

Aysel Əlibəyli 15 İyun 2026 · 18:04 1134 baxış ABŞ və İran arasında mümkün razılaşma Yaxın Şərqin təhlükəsizlik sisteminə və qlobal enerji bazarlarına təsir göstərə biləcək mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Analitiklərin fikrincə, proses üç […]

Milli Məclis 14 qanun layihəsini müzakirəyə çıxarıb

Aysel Əlibəyli 19 İyun 2026 · 11:06 1130 baxış İyunun 19-da Milli Məclisin növbəti iclası keçirilir. İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Deputatlar iclas zamanı dövlət büdcəsinin icrası, […]