Elpress.az xəbər verir ki, Türkiyədə narkotiklə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan aktyorlar Afra Saraçoğlu və Aras Bulut İynemlinin test nəticələri açıqlanıb.
Məlumata görə, Afra Saraçoğlundan götürülən saç nümunəsinin müayinəsi zamanı kokain aşkarlanıb. Aras Bulut İynemlinin narkotik testinin nəticəsi isə mənfi olub.Qeyd edək ki, hər iki sənətçi daha əvvəl Bakırköy Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılıb. Test prosedurlarından sonra onlar sərbəst buraxılıblar.
Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.


