--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 14:57 1112 baxış

Xalq artisti “Nəyindən narahatsan” mahnısının sözlərini bəyəndiyini və duetə marağın bu qədər böyük olacağını gözləmədiyini deyib

Elpress.az xəbər verir ki, Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi “Nəyindən narahatsan” mahnısı və duetə göstərilən münasibət barədə danışıb.Alim Qasımov bildirib ki, Üzeyir Mehdizadə mahnının musiqisini yazarkən onu düşündüyünü söyləyib. Xalq artistinin sözlərinə görə, xüsusilə mahnının sözləri onun xoşuna gəlib və buna görə layihədə iştirak etməyə razılıq verib.O, duetə reaksiyanın belə olacağını əvvəlcədən təxmin etdiyini, lakin marağın bu qədər böyük olacağını gözləmədiyini qeyd edib. Alim Qasımov tənqidlərə də münasibət bildirərək deyib ki, bunu hər kəs öz fikrinə uyğun qiymətləndirə bilər.Xalq artisti Montrö festivalında iştirakından da söz açıb. Onun fikrincə, festival yüksək səviyyədə təşkil olunub, peşəkar musiqiçilərin və böyük orkestrin iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib. O, tamaşaçıların çıxışı müsbət qarşıladığını və tədbirin enerjili keçdiyini vurğulayıb.Alim Qasımov son dövrlərdə televiziya proqramlarında əvvəlki qədər görünməməsinin səbəblərinə də toxunub. O bildirib ki, musiqiçinin əməyinə və hazırlığına uyğun dəyər verilmədiyi hallarda televiziya çıxışlarında iştirak etmək həvəsi azalır. Xalq artisti musiqiçinin səhnəyə çıxmazdan əvvəl məşq etdiyini, geyim və hazırlıq üçün vaxt sərf etdiyini, buna görə də əməyinin qarşılığını almasının vacib olduğunu qeyd edib.O, daha əvvəl rep ifaçısı ilə birlikdə hazırladığı layihəyə görə səsləndirilən tənqidlərə də münasibət bildirib. Alim Qasımov həmin əməkdaşlığın musiqiyə maraqdan yarandığını deyib və müxtəlif janrların bir araya gəlməsini normal hal hesab etdiyini vurğulayıb.Xalq artisti gələcəkdə də uyğun təkliflər gələrsə, belə layihələrdə iştirak edə biləcəyini bildirib. Onun sözlərinə görə, təqdim olunan musiqi və ideya ürəyincə olarsa, layihəyə razılıq verə bilər. Alim Qasımov həmçinin yeni təkliflərinin və öz ideyalarının olduğunu, zamanı gələndə onları tamaşaçılara təqdim edəcəyini deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Şamaxinka”da 5 marşrutun dayanacağı dəyişdirilir

Next Article

Ramana qəsrində muzey fəaliyyətə başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Afra Saraçoğlu və Aras Bulut İynemlinin test nəticələri bəlli oldu

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 17:16 1080 baxış Elpress.az xəbər verir ki, Türkiyədə narkotiklə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan aktyorlar Afra Saraçoğlu və Aras Bulut İynemlinin test nəticələri açıqlanıb. Məlumata görə, Afra Saraçoğlundan götürülən […]

Rza baba və komandası üçün şok sonluq: “Şəhid oldular”

Aysel Əlibəyli 06 İyun 2026 · 11:10 1200 baxış Türkiyədə uzun illərdir yayımlanan “Arka Sokaklar” serialının 751-ci bölümü emosional səhnələrlə yadda qalıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mövsüm finalında serialın əsas qəhrəmanları olan polis […]

Hollivud elitasının gizli xəstəxanası 👀

Aysel Əlibəyli 26 May 2026 · 20:27 1210 baxış Hollivud ulduzlarının tez-tez üz tutduğu məşhur Cedars-Sinai Medical Center xəstəxanasının daxilindən görüntülər. Elpress.az-ın məlumatına əsasən, İllərdir Hollivud ulduzlarının etibar etdiyi, Marilyn Monroedan Joan Collinsə qədər bir […]

Nikolas Keyc dəyişən görünüşü ilə diqqət çəkib

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 06:09 1098 baxış 62 yaşlı aktyor 31 yaşlı həyat yoldaşı Riko Şibata ilə tədbirə qatılıb Elpress.az xəbər verir ki, Hollivud aktyoru Nikolas Keyc Los-Ancelesdə keçirilən tədbirdə yeni görünüşü ilə […]