62 yaşlı aktyor 31 yaşlı həyat yoldaşı Riko Şibata ilə tədbirə qatılıb
Elpress.az xəbər verir ki, Hollivud aktyoru Nikolas Keyc Los-Ancelesdə keçirilən tədbirdə yeni görünüşü ilə diqqət çəkib.62 yaşlı aktyor “Lucas Museum of Narrative Art”ın açılış gecəsində 31 yaşlı həyat yoldaşı Riko Şibata ilə birlikdə qırmızı xalçaya çıxıb.İllərdir tünd saçları ilə tanınan Keyc bu dəfə tamamilə ağarmış saçları və saqqalı ilə kameralar qarşısına keçib. O, tədbirdə mavi smokinq pencəyi, ağ köynək, qara şalvar və günəş eynəyi taxıb. Riko Şibata isə ağ rəngli geyim seçib.Cütlük gecə ərzində qırmızı xalçada əl-ələ görüntülənib. Aktyorun builki görünüşü iyun ayında Los-Ancelesdə qatıldığı tədbirlərdəki imicindən fərqlənib. Həmin vaxt Keyc daha tünd saçlarla görünmüşdü.Nikolas Keyc və Riko Şibatanın münasibəti aktyorun Yaponiyada film çəkilişləri zamanı başlayıb. Cütlük 2021-ci ilin fevralında Las-Veqasda keçirilən özəl mərasimlə nikah bağlayıb. Onların Avqust Françeska adlı qızı 2022-ci ilin sentyabrında dünyaya gəlib.Riko Şibata aktyorun beşinci həyat yoldaşıdır. Keyc daha əvvəl Patrisiya Arkett, Liza Mari Presli, Elis Kim və Erika Koyke ilə evli olub. Aktyorun əvvəlki münasibətlərindən Veston və Kal-El adlı iki oğlu da var.


