--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Ramana qəsrində muzey fəaliyyətə başlayıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:02 1132 baxış

Qəsrin tarixini və Abşeronun orta əsr müdafiə sistemini əks etdirən ekspozisiyada rəqəmsal texnologiyalardan istifadə olunub

Elpress.az xəbər verir ki, Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan Ramana qəsrində yeni konsepsiya əsasında muzey fəaliyyətə başlayıb.“Tarixə açılan pəncərə” konsepsiyası ilə hazırlanan ekspozisiyada qəsrin tarixi və memarlıq xüsusiyyətləri müasir muzey yanaşmaları və rəqəmsal texnologiyalar vasitəsilə təqdim olunur. Layihə hazırlanarkən tarixi abidənin autentikliyinin qorunmasına xüsusi diqqət yetirilib.Muzeyin ekspozisiyası Ramana qəsrinin tarixi, Abşeronun orta əsrlərdəki müdafiə sistemi, hərb sənəti, gündəlik həyat və mədəniyyət haqqında məlumatların təqdim edilməsi üzərində qurulub. Burada 2024–2026-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri də nümayiş etdirilir.Ekspozisiyada “Seyri-Tarix”, “Seyri-Silah”, “Seyri-Tərz” və “Seyri-Həyat” bölmələri yaradılıb. Bu bölmələrdə orta əsr müdafiə sistemi, silahlar, məişət və sənətkarlıq nümunələri, eləcə də feodal-cəngavərin həyat yolu haqqında məlumatlar təqdim olunur.Qəsrin müxtəlif tarixi dövrlərdəki görünüşünü əks etdirən rekonstruksiya maketləri, tarixi fotoşəkillər və arxiv materialları da muzeydə yer alıb.Ziyarətçilər üçün interaktiv ekranlar, elektron məlumat panelləri, immersiv instalyasiya, animasiya, videoproyeksiya və videomapinq kimi texnologiyalardan istifadə edilib. Muzeydə məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur.Qəsrin dam terrası panoramik müşahidə meydançası kimi ziyarətçilərin istifadəsinə verilib. Burada “Alov” heykəltəraşlıq kompozisiyası yerləşdirilib. Abidənin ətrafındakı giriş meydançası və piyada marşrutları yenilənib, həmçinin açıq hava ekspozisiyası yaradılıb.Muzeyin daxili və xarici işıqlandırma sistemi İtaliyanın “Linea Light Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.Yeni muzey Ramana qəsrinin və ümumilikdə Azərbaycanın qədim tarixinin müasir muzey texnologiyaları vasitəsilə ziyarətçilərə təqdim olunmasına imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb

Next Article

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

BDU-nun elmi göstəriciləri yüksəlib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:51 1098 baxış Bakı Dövlət Universitetinin H-indeksi 78-ə çatıb, elmi əsərlərə istinadlar artıb Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq elmi platformalardakı göstəricilərində son illərdə əhəmiyyətli artım […]

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Aysel Əlibəyli 08 İyul 2026 · 15:11 1180 baxış Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Jean de La Fontainein doğum günüdür. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, XVII əsr Fransa ədəbiyyatının ən görkəmli simalarından […]

Əli Hacının “Payıza sür sürücü” adlı kitabı nəşr olunur

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 17:58 1112 baxış Əli Hacının yeni kitabı oxuculara təqdim olunmağa hazırlaşır. Elpress.az xəbər verir ki, “Payıza sür sürücü” adlanan nəşrdə müəllifin yaradıcılığına xas fəlsəfi düşüncələr, mənəvi axtarışlar və ruhani […]