Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Elpress.az xəbər verir ki, rok-müzikl janrında hazırlanan səhnə əsərinin premyerası oktyabrın 3-ü və 4-də keçiriləcək.Tamaşanın libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı isə Əməkdar artist Vüqar Camalzadədir. Əsərdə müdriklik, məhəbbət və əbədi həyatla əlaqələndirilən Şahmaranın dünyaya qayıdışı və insanlığın əməlləri qarşısında verdiyi hökm əsas süjet xəttini təşkil edir.Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterləri Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq rəssamı Rafael Vaqifoğlu, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti isə Elməddin Dadaşovdur.Tamaşanın plastik həlli Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyev tərəfindən hazırlanıb.Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Aydan Həsənova, Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Hüseyn Əlili və Murad Fərzəliyev rol alırlar. Tamaşada teatrın xor və balet truppaları da iştirak edəcək.
Qeyd edək ki, rok-müzikl formatında təqdim olunan tamaşada səslənən mahnıların sözləri Şərqin böyük mütəfəkkir şairi Ömər Xəyyama məxsusdur.


