--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İçərişəhərdə “Qarabağın mədəniyyət xəritəsi – hər rayonun səsi” festivalının açılış mərasimi təşkil olunub.

Aysel Əlibəyli 30 May 2026 · 18:03 1202 baxış

İçərişəhərdə “Qarabağın mədəniyyət xəritəsi – hər rayonun səsi” adlı genişmiqyaslı festivalın açılış mərasimi keçirilib.

Elpress.az-ın Trend.az-a istinadən verdiyi məlumata əsasən, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Qeyd-İctimai Maarif” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsini tanıtmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və bölgənin mədəni potensialını geniş ictimaiyyətə təqdim etmək olub. Tədbir çərçivəsində Qarabağa həsr olunmuş sərgi, canlı musiqi proqramları, ənənəvi sənətkarlıq nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri keçirilib. Rəsmi açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq, bu cür festivalların mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. “Qeyd-İctimai Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirova isə festivalın əsas ideyasının Qarabağın hər bir bölgəsini özünəməxsus səsi, sənətkarlığı və mədəni kimliyi ilə təqdim etmək olduğunu qeyd edib. Onun sözlərinə görə, məqsəd Qarabağın zəngin mədəni xəritəsini vahid platformada nümayiş etdirmək və bu dəyərləri gələcək nəsillərə çatdırmaqdır. Festival bədii proqram və konsertlərlə davam edib. İştirakçılar Qarabağın müxtəlif bölgələrinə aid mədəniyyət nümunələri, milli musiqi və sənətkarlıq ənənələri ilə yaxından tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan milli komandası Slovakiyada keçirilən oyunda qələbə əldə edib.

Next Article

“Orman” restoranı Sea Breeze ərazisində yeni filialını istifadəyə verir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1188 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

Xocavənd Şəhəri Günü qeyd olunub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:24 1100 baxış Şəhərdə bayram tədbirləri, konsert proqramı və atəşfəşanlıq təşkil edilib Elpress.az xəbər verir ki, Sentyabrın 20-də Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günləri qeyd olunur.Bu münasibətlə […]