“Bakı Metropoliteni” QSC-nin fəaliyyət istiqamətlərinə dair yeni qərar qəbul edilib.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənədə əsasən, “Bakı Metropoliteni” QSC sərnişin kanat yolları sahəsində sərnişindaşıma xidmətlərinin göstərilməsini təşkil edəcək.
Qurum eyni zamanda bu xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılmasına, eləcə də kanat yollarının tikintisi və istismarının təmin edilməsinə cavabdeh olacaq.


