Rusiyalı milyarder Roman Abramoviç Bakıya səfər edib.
Elpress.az xəbər verir ki, Abramoviç paytaxtda keçirilən “Baku International Art Festival” (BIAF) çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edərkən görüntülənib.
Onun yanında ukraynalı model Natalya Qotsiy də olub. Bəzi media orqanlarında Qotsiy Abramoviçin sevgilisi kimi təqdim edilsə də, bu barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Milyarderin səfərinin festival proqramı ilə əlaqəli olduğu ehtimal edilir. O, ötən il də BIAF çərçivəsində Bakıda keçirilən tədbirlərdə iştirak edib.
Qeyd edək ki, “Baku International Art Festival” oktyabrın 28-dən noyabrın 8-dək davam edir. Festival çərçivəsində oktyabrın 30-da “Nizami” Kino Mərkəzində Uilyam Kentricin filmi nümayiş etdirilib, həmçinin festival orkestri Dmitri Sitkovetskinin dirijorluğu ilə konsert proqramı təqdim edib.


