Misli Premyer Liqasının lideri “Neftçi” çempionatın ilk 10 turunda vurduğu qolların sayına görə XXI əsrdə özünün ən yaxşı nəticəsinə imza atıb.
Elpress.az xəbər verir ki, Bakı təmsilçisi keçirdiyi 10 qarşılaşmada rəqib qapılarına 25 dəfə yol tapıb. Bu göstərici sonuncu dəfə 2000/2001 mövsümündə qeydə alınıb. Həmin vaxt komanda eyni mərhələdə 28 qol vurub.
Peşəkar Futbol Liqasının məlumatına görə, “Neftçi” əvvəlki 24 mövsümün heç birində çempionatın ilk 10 oyununda orta hesabla 2,5 qol məhsuldarlığına çata bilməyib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ilk 10 oyun üzrə ən yüksək nəticə də paytaxt klubuna məxsusdur. “Neftçi” 1996/1997 mövsümündə bu mərhələdə 42 qol vurub.


