--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

PAŞA Holding 20 illik inkişaf yolunu qeyd edir

Aysel Əlibəyli 02 Noyabr 2026 · 20:31 1030 baxış

Azərbaycanda fəaliyyət göstərən PAŞA Holding yaradılmasının 20-ci ildönümünü qeyd edir. İki onillik ərzində müxtəlif iqtisadi sahələrdə mövqeyini genişləndirən şirkətlər qrupu növbəti inkişaf mərhələsinin prioritetlərini də açıqlayıb.

Elpress.az xəbər verir ki, 2006-cı ildə fəaliyyətə başlayan holdinq hazırda maliyyə xidmətləri və texnologiya, daşınmaz əmlak, kənd təsərrüfatı, pərakəndə ticarət, əyləncə və digər sahələrdə təmsil olunur.

Qrupun beynəlxalq fəaliyyəti altı ölkəni əhatə edir və onun strukturunda 25 mindən çox əməkdaş çalışır. Holdinq “Bank of New York Mellon”, “Raiffeisen Bank International”, “McKinsey & Company”, “Boston Consulting Group”, “Marriott Bonvoy International”, “Four Seasons”, “Mandarin Oriental” və IE Universiteti kimi beynəlxalq qurum və şirkətlərlə əməkdaşlıq edir.

PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov 20 illik inkişaf yolunu dəyərləndirərkən bildirib ki, şirkətin uğuru yalnız maliyyə göstəriciləri və biznesin miqyası ilə ölçülməməlidir. Onun sözlərinə görə, uzunmüddətli dəyər yaratmaq, insanların etimadını qazanmaq, peşəkar kadrlar yetişdirmək və iqtisadiyyatın inkişafına töhfə vermək əsas hədəflər sırasındadır.

Qasımov növbəti mərhələdə texnologiya və innovasiyaların tətbiqinin, məlumatlara əsaslanan qərarvermənin, insan kapitalının inkişafının və korporativ idarəetmənin gücləndirilməsinin prioritet olacağını vurğulayıb.

Holdinq beynəlxalq bazarlardakı mövqeyini genişləndirməyi və uzunmüddətli investisiya imkanlarını dəyərləndirməyi də planlaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Roman Abramoviç Bakıda beynəlxalq incəsənət festivalında görüntüləndi

Next Article

“Sabah”ın Avropa sınağına niderlandlı hakimlər təyinat aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kredit həyat sığortasına maraq artır

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:50 1076 baxış Kredit götürənlər gözlənilməz maliyyə risklərindən qorunmağa daha çox önəm verirlər Elpress.az xəbər verir ki, Son dövrlərdə kredit həyat sığortasına marağın artdığı müşahidə olunur. Bu tendensiyanın əsas […]

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 21:09 1096 baxış Elpress.az xəbər verir ki, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə 12 minə yaxın ailə mənzil sahibi olub. Agentliyin Aparat rəhbəri Cəmşid Əmirovun […]

Sığorta sektorunun inkişafı müzakirə edilib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:44 1096 baxış Mərkəzi Bank sığorta xidmətlərinə çıxışın genişləndirilməsi məsələsini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında ölkənin sığorta bazarının inkişaf perspektivlərinə dair görüş keçirilib.Mərkəzi Bankın sədri […]