Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə indiyədək həyata keçirdiyi transfertlərin ümumi həcmi 180 milyard manatı ötüb.
Elpress.az xəbər verir ki, 2026-cı il sentyabrın 30-na olan məlumata görə, Fondun dövlət büdcəsinə köçürdüyü vəsaitin ümumi məbləği 180 milyard 40,9 milyon manat təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında isə ARDNF-in büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edilib.
Hesabat dövrünün sonuna Fondun aktivləri 74 milyard 4 milyon ABŞ dolları, manat ifadəsində isə 125 milyard 807 milyon manat olub.
Qeyd edək ki, Dövlət Neft Fondu 1999-cu il dekabrın 29-da yaradılıb. Qurumun əsas məqsədi neft və qaz ehtiyatlarının işlənməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.


