--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayır

Aysel Əlibəyli 03 Noyabr 2026 · 11:04 1022 baxış

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın sədr müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi bu gün başlayır.

Elpress.az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası noyabrın 3-nə təyin edilib.

İş üzrə araşdırma Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb. Əli Kərimli və Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə — hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb.

Həmin maddənin sanksiyasında 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, hər iki şəxs ötən il saxlanılıb. Onların cinayət işi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı araşdırma çərçivəsində gündəmə gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gömrükdə telefon əməliyyatı: 17 iPhone və 190 ekran aşkarlandı

Next Article

“Neftçi” son 25 mövsümün rekordunu təkrarladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1118 baxış Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və […]

Misir Mərdanov “Şərəf” ordeninə layiq görüldü

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 16:39 1096 baxış Azərbaycanın ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə xidmətləri ilə seçilən Misir Cümail oğlu Mərdanov təltif olunub. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Misir […]

Anar Bayramovdan yeni kadr qərarı

Aysel Əlibəyli 03 İyun 2026 · 11:51 1337 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr islahatları davam edir. Elpress.az FED.az-a istinadən xəbər verir ki, qurumun yeni rəhbərliyi mərkəzi aparatın daha 11 əməkdaşı ilə əmək […]