Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları İstanbul-Bakı reysi ilə ölkəyə gələn sərnişinin baqajında bəyan edilməmiş mobil cihazlar və ehtiyat hissələri aşkarlayıblar.
Elpress.az xəbər verir ki, gömrük nəzarəti zamanı çamadandan müxtəlif modellərə aid 17 ədəd “iPhone” markalı telefon, 190 mobil telefon ekranı və digər aksesuarlar tapılıb.
Faktla bağlı araşdırma aparılır. Aşkar edilən əşyaların ölkəyə hansı məqsədlə gətirildiyi və qanunvericiliyin tələblərinin pozulub-pozulmadığı araşdırmanın nəticəsində müəyyənləşəcək.


