--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ermənistanda “1 mart işi” ilə bağlı 4 ordu korpusunun sabiq komandirlərinə qarşı cinayət təqibinə başlanılıb.

Aysel Əlibəyli 01 İyun 2026 · 14:54 1118 baxış

Ermənistanda 1 mart hadisələri ilə əlaqədar ordunun 4 keçmiş korpus komandirinə qarşı cinayət təqibi başlanılıb.

Elpress.az-ın məlumatına görə, keçmiş komandirlər – Poqos Poqosyan, Valeri Qriqoryan, Aykaz Baqmanyan və Levon Yeranosyan vəzifə səlahiyyətlərini aşmaq və bununla ağır nəticələrə yol açmaqda ittiham olunurlar.İstintaqın iddiasına əsasən, onlar qanunsuz əmrləri icra edərək keçmiş müdafiə naziri Mikael Arutyunyan və “1 mart işi” üzrə ittiham olunan digər yüksək vəzifəli şəxslərə, o cümlədən sabiq prezident Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan və Yuri Xaçaturova səlahiyyət həddini aşmaqda köməklik göstəriblər.Baş Prokurorluğun bildirdiyinə görə, həmin şəxslərin fəaliyyəti 2008-ci il 1 mart hadisələri zamanı baş vermiş qanunsuz hərəkətlərlə əlaqədardır.Qeyd edək ki, “1 mart işi” Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra keçirilən kütləvi etirazların dağıdılması və nəticədə insan tələfatı ilə bağlı açılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MTN-nin generalı dünyasını dəyişib.

Next Article

Rəna Abdullayevanın yaradıcılığında dil problemləri mövzusunda elmi seminar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev beynəlxalq qurumların rəhbərləri ilə görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 21:41 1082 baxış Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da bir sıra beynəlxalq təşkilatların rəhbər şəxslərini və nümayəndələrini qəbul edib. Elpress.az xəbər verir ki, Görüşdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun […]

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:41 1080 baxış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəhbərliyi Azərbaycanın təşkilatın inkişafında oynadığı rolu və diplomatik fəaliyyətini xüsusi qeyd edib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata […]

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Aysel Əlibəyli 28 İyun 2026 · 18:57 1136 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində baş vermiş və 14 nəfərin ölümü ilə nəticələnmiş helikopter qəzası ilə əlaqədar […]

Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib

Aysel Əlibəyli 06 Avqust 2026 · 10:17 1054 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. Elpress.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında paylaşılıb. Bildirilib […]