Tovuz rayonunda ailə münaqişəsi zamanı 29 yaşlı kişi bıçaqlanıb.
Elpress.az xəbər verir ki, hadisə Ağdam kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini Nicat Məmmədov ailə münaqişəsi zəminində atası Aydın Məmmədovla mübahisə edib. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib.
1997-ci il təvəllüdlü Nicat Məmmədov xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə zamanı Aydın Məmmədovun sərxoş olduğu qeyd edilir. Faktla bağlı araşdırma aparılır.


