Penitensiar Xidmətin Kadrlar İdarəsinin keçmiş rəisi, polkovnik Əflatun Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Elpress.az xəbər verir ki, keçmiş rəis rüşvət almaqda ittiham olunur.
Məlumata görə, Əflatun Məmmədov bu ilin may ayında xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Hazırda onun barəsində başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.


