Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Elpress.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, hazırda aşağıdakı istiqamətlərdə sıxlıq müşahidə olunur:
- Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqaməti;
- Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqaməti;
- Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqaməti;
- Yusif Səfərov küçəsi – şəhər mərkəzi istiqaməti;
- Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
- 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi istiqaməti;
- Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqaməti;
- Babək prospekti – şəhər mərkəzi istiqaməti;
- Tbilisi prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqaməti;
- Heydər Əliyev prospekti – əsas yol, şəhər mərkəzi istiqaməti;
- Heydər Əliyev prospekti – köməkçi yol, şəhər mərkəzi istiqaməti;
- 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqaməti;
- 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqaməti;
- Koroglu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqaməti;
- Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqaməti;
- Aeroport şosesi – “Koroğlu” metrostansiyası istiqaməti;
- Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsindən 20 nömrəli məktəb-lisey istiqaməti;
- Bakıxanov küçəsi – Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqaməti;
- Sabunçu-Zabrat şosesi – “Koroğlu” metrostansiyası istiqaməti.
Sürücülərə günün sıx saatlarında bu istiqamətlərdə hərəkət zamanı əlavə vaxt nəzərə almaları tövsiyə olunur.


