Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Elpress.az xəbər verir ki, onun vəzifədən azad olunmasının Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra baş verdiyi bildirilir.
Leysan Məmmədov 2025-ci ilin yanvarında sözügedən xidmətin rəhbəri təyin edilmişdi.
O, 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub, lakin bir müddət sonra həmin vəzifədən də azad edilib.
Məmmədov 2006–2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini və direktor, 2021–2022-ci illərdə isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində aparat rəhbəri vəzifələrində çalışıb.


