“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Fənərbağça” klubunun yeni çalışdırıcısı postuna mümkün namizədlər sırasında yer alıb.
Elpress.az xəbər verir ki, türkiyəli jurnalist və futbol şərhçisi Serdar Ali Çelikler İstanbul təmsilçisinin baş məşqçi postu üçün beş mütəxəssisin adını açıqlayıb.
Onun məlumatına görə, İsmail Kartalın ayrılmasından sonra namizədlər siyahısına Qurban Qurbanovla yanaşı, Vinçentso Montella, Bülent Uyğun, Abdullah Avcı və Volkan Dəmirəl də daxil edilib.
Hələlik Qurban Qurbanovun “Fənərbağça” ilə danışıqlar aparması və ya kluba keçidi ilə bağlı rəsmi açıqlama yoxdur.


