--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ədəbiyyatın rəqəmsal təbliği təklif olunur

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:28 1092 baxış

Alim: Audiovizual layihələr gənclərin mütaliəyə marağını artıra bilər

Elpress.az xəbər verir ki, Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan ədəbiyyatının gənclərə çatdırılması üçün yeni üsullardan istifadə olunması təklif edilir.Filologiya üzrə fəlsəfə doktoru Dilarə Əliyevanın sözlərinə görə, müasir gənclərin mütaliə vərdişləri dəyişdiyindən elektron və audiokitablar, podkastlar, sosial media və digər rəqəmsal platformalar ədəbiyyatın təbliğində daha fəal şəkildə istifadə edilməlidir.Alim Azərbaycan ədəbiyyatının vahid rəqəmsal kitabxanasının yaradılmasının vacibliyini də qeyd edib. Onun fikrincə, klassik və müasir əsərlərin elektron formatda təqdim olunması ilə yanaşı, mətnlərə izah, annotasiya, lüğət və elmi şərhlərin əlavə edilməsi xüsusilə gənc oxucular üçün faydalı ola bilər.D.Əliyeva yazıçılar və ədəbiyyatşünasların iştirakı ilə audiovizual layihələrin hazırlanmasını, həmçinin sosial şəbəkələrdə yaradıcı ədəbi məzmunların artırılmasını mütaliə mədəniyyətinin inkişafına təsir göstərə biləcək vasitələr kimi dəyərləndirib.O, süni intellektin də oxuculara əsər və müəllif seçimi, mətnlərin izahı və müxtəlif ədəbi tövsiyələr təqdim etmək baxımından imkanlar yaratdığını bildirib. Bununla belə, texnologiyanın bədii əsərin yerini tutmamalı, əksinə, oxucunu orijinal mətnə yönəltməli olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Next Article

Ağdamda ayaqqabı istehsalı genişlənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:24 1072 baxış İsraildə media turunda iştirak edən jurnalistlər Hurfeişdə druz icmasının nümayəndəsi ilə görüşüblər Elpress.az xəbər verir ki, İsraildə təşkil olunan media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin […]

Gürcüstanda Aİ-nin dəstəklədiyi festival ləğv olunub

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:59 1110 baxış Qoridə keçirilməsi planlaşdırılan “Kamara” festivalının təhlükəsizlik səbəbilə baş tutmayacağı açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanın Qori şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilməsi nəzərdə tutulan “Kamara” […]

Xocavənddə bayram atəşfəşanlığı olub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:58 1110 baxış Xocavənd Şəhəri Günü musiqi və işıq şousu ilə qeyd edilib Elpress.az xəbər verir ki, Xocavənd Şəhəri Günü münasibətilə şəhərdə atəşfəşanlıq təşkil olunub.Bayram proqramının sonunda musiqi sədaları […]

AKİ-də sədr seçkisi ilə bağlı mübahisə

Aysel Əlibəyli 23 İyul 2026 · 12:45 1088 baxış AKİ-də keçirilən sədr seçkisinin qanunsuz olduğu iddia edilir Elpress.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sədr seçkisi ətrafında mübahisə yaranıb. Bildirilib ki, Əli İsa Cabbarovun […]