--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Qaxda ilk kitab sərgisi start götürüb

Aysel Əlibəyli 30 May 2026 · 17:48 1174 baxış

Qax şəhərindəki “İçəribazar” kompleksində “Oxu, Qax” devizi altında Birinci Qax Kitab Sərgisinin açılışı olub.

İki gün davam edəcək sərgi Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı və bir sıra yerli qurumların tərəfdaşlığı ilə keçirilir. ELPRESS.az Azərtac-a istinadən xəbər verirki Tədbir çərçivəsində nəşriyyat stendləri, yeni kitab təqdimatları, tanınmış yazarların imza saatları, uşaqlar üçün əyləncəli və maarifləndirici proqramlar, eləcə də konsertlər təşkil olunur.Açılış mərasimində çıxış edən rəsmilər və təşkilatçılar kitabın cəmiyyətin intellektual inkişafında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, ANAİB son beş ildə ölkənin 30-a yaxın şəhər və rayonunda kitab sərgiləri təşkil edib.Sərgidə 30-dan çox nəşriyyat iştirak edir, 5 mindən artıq kitab nümayiş və satışa çıxarılıb. Oxuculara kitablar 30-50 faiz güzəştlə təklif olunur. Tədbirdə həmçinin 10 yazıçı iştirak edir və kitabsevərlərlə görüşlər keçirir.Təşkilatçılar Birinci Qax Kitab Sərgisinin gələcək illərdə də ənənəvi olaraq davam etdiriləcəyini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Beyin donması nədir? Dondurma baş ağrısı sağlamlığınla bağlı nə deyir

Next Article

Hörmüz boğazından 20 ticarət gəmisinin keçməsi qeydə alınıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1243 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

AKİ-də sədr seçkisi ilə bağlı mübahisə

Aysel Əlibəyli 23 İyul 2026 · 12:45 1068 baxış AKİ-də keçirilən sədr seçkisinin qanunsuz olduğu iddia edilir Elpress.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sədr seçkisi ətrafında mübahisə yaranıb. Bildirilib ki, Əli İsa Cabbarovun […]

ADMİU beynəlxalq əməkdaşlığını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:25 1080 baxış Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq mübadilə və innovasiya proqramlarını yeni mərhələyə keçirir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) beynəlxalq akademik əlaqələrin […]

Mehriban Əliyeva Nəriman Həsənzadə ilə bağlı paylaşım etdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:19 1082 baxış Birinci vitse-prezident Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərini ifadə edib Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı […]