--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ana dili milli kimliyin əsas dayağıdır

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:09 1092 baxış

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir

Elpress.az xəbər verir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.Ölkədə ana dilinin mövqeyinin gücləndirilməsi məqsədilə müxtəlif dövlət proqramları və fərmanlar qəbul edilib. Son olaraq 2025-ci il 31 iyul tarixində imzalanan fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına riayət olunmasına nəzarət səlahiyyəti Mədəniyyət Nazirliyinə verilib.Müasir dövrdə rəqəmsallaşma və sosial medianın geniş yayılması Azərbaycan dili qarşısında yeni imkanlarla yanaşı, müəyyən çağırışlar da yaradır. Xarici sözlərin həddindən artıq işlədilməsi, sosial şəbəkələrdə dil qaydalarının pozulması və orfoqrafiyaya laqeyd münasibət dilin saflığının qorunmasını daha da aktuallaşdırır.Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütün cəmiyyətin məsuliyyəti olduğu vurğulanır. Xüsusilə jurnalistlər, müəllimlər, yazıçılar, alimlər və ictimaiyyətə təsir göstərən şəxslərin bu məsələdə üzərinə böyük məsuliyyət düşür.Ana dili Azərbaycan xalqının tarixi yaddaşını, ədəbiyyatını, folklorunu və milli-mənəvi dəyərlərini gələcək nəsillərə çatdıran əsas vasitələrdən biridir. Bu baxımdan Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi milli kimliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran ABŞ və İsrailə qarşı cavab planı hazırlayıb

Next Article

Lerikdə zəlzələ baş verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Alyona Əliyeva Luca Minnellinin konsertindən fotolar paylaşdı

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 19:17 1090 baxış Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva italyan lirik tenor Luca Minnellinin solo konsertindən görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Elpress.az xəbər verir ki, Alyona Əliyeva “Instagram” […]

Kişineuda Azərbaycan tamaşasına böyük maraq

Aysel Əlibəyli 29 May 2026 · 18:24 1274 baxış Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının hazırladığı “Biganə məşuq” tamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalının proqramında nümayiş etdirilib. Tamaşa Aydan Həsənzadə tərəfindən […]

Göygöldə Moruq Festivalı keçirilir

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 12:05 1086 baxış Festivalda sərgilər, konsert proqramları və uşaqlar üçün əyləncələr təşkil olunur Elpress.az xəbər verir ki, Göygöl rayonunun Keşkü kəndində III Moruq Festivalına start verilib.Festivalın ilk günündə ziyarətçilərə […]

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Elşən 07 İyul 2026 · 11:46 1200 baxış Şair Elman Gədikli sosial şəbəkə hesabında “Atam kimi unutmadım” adlı yeni şeirini oxucularla bölüşüb. Şeir şair Əli Hacıya ithaf olunub. Müəllif poetik misralarında sədaqət, dostluq, ehtiram və […]