--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 1246 baxış

Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri və milli mətbəx nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.Tədbirin açılışı xüsusilə təsirli və duyğulu anlarla yadda qalıb. Azərbaycan dili Bazar günü məktəbinin 9 yaşlı şagirdi Məryəm Çobanova milli geyimdə səhnəyə çıxaraq Emin Sabitoğlunun musiqisinə, Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnını gitarada ifa edib və festival iştirakçılarına səmimi, xoş ovqat bəxş edib.Daha sonra festivalın təşkilatçıları, Praqa 6 rayonunun meri Yakub Starek, rəsmi şəxslər və iştirakçı ölkələrin səfirləri qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıblar. Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev ziyarətçiləri Azərbaycan pavilyonuna dəvət edərək onları ölkəmizin zəngin mədəniyyəti, milli mətbəxi, ənənəvi təamları və məşhur nar şərabı ilə tanış olmağa çağırıb.Gün ərzində Çexiya paytaxtının minlərlə sakini və şəhər qonağı festivala baş çəkib. İş adamları Ceyhun Babayev, Oqtay Hacıyev və Gülnarə Əlizadənin hazırladığı Azərbaycan guşəsi ən çox maraq göstərilən və ən canlı məkanlardan birinə çevrilib. Ziyarətçilər Azərbaycan mədəniyyəti ilə böyük maraqla tanış olub, kabab, qutab, milli şirniyyatlar, nar şərabı və digər ənənəvi təamların dadına baxıblar.Festival növbəti dəfə mədəni müxtəlifliyin, qarşılıqlı anlaşmanın və xalqlar arasında dostluğun parlaq təntənəsinə çevrilib. Azərbaycanın tədbirdə iştirakı ölkəmizin zəngin mədəni irsini, qonaqpərvərlik ənənələrini və milli mətbəxinin rəngarəngliyini beynəlxalq auditoriyaya təqdim etmək baxımından mühüm rol oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Next Article

İsrailin mərkəzində atışma

Bəlkə də, sizin üçün maraqlı olar ...;

130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:30 1084 baxış Qarabağ və Şərqi Zəngəzurda abidələrin inventarlaşdırılmasına minalar mane olur Elpress.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən 130 mədəni irs abidəsinin inventarlaşdırılması hələ […]

Azərbaycanın ilk qadın idman ustası Züleyxa Hacıyeva vəfat edib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 08:57 1092 baxış Elpress.az xəbər verir ki, Azərbaycanın ilk qadın idman ustalarından biri, Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında dünyasını dəyişib.Bu barədə Azərbaycan Televiziya Verilişləri QSC-nin sədri Rövşən Məmmədov […]

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1279 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]