--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bank sektorunda izafi likvidlik 6,3 milyard manata çatıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:10 1076 baxış

İlin əvvəlindən banklardakı struktur likvidlik profisiti 2,2 dəfə artıb

Elpress.az xəbər verir ki, Azərbaycan bank sektorunda izafi likvidliyin həcmi əhəmiyyətli dərəcədə artıb.2026-cı ilin avqust ayının sonuna bank sektorunun struktur likvidlik profisiti 6,3 milyard manat təşkil edib. Bu göstərici məcburi ehtiyat kimi saxlanılan vəsaitlər nəzərə alınmadan hesablanıb.İlin əvvəlindən etibarən izafi likvidliyin həcmi 2,2 dəfə yüksəlib.Likvidliyin artması fonunda banklararası pul bazarında təminatsız əməliyyatlar üzrə faizlərdə azalma müşahidə olunub. AZIR dərəcəsinin orta günlük göstəricisi iyul ayında 6,39 faiz, avqustda 6,28 faiz, sentyabrın ötən dövründə isə 6,02 faiz olub.Likvidliyin tənzimlənməsi məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. Avqustun sonuna bu əməliyyatların payı açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 70,8 faizə çatıb.Bundan əlavə, Mərkəzi Bankın not portfelinin həcmi də ilin əvvəlindən əhəmiyyətli dərəcədə artıb. Avqustun sonuna portfelin həcmi 2025-ci ilin sonu ilə müqayisədə 4 dəfədən çox yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda sürücü sükan arxasında ölüb

Next Article

Mirzoyan TRIPP sazişi üzrə hökuməti təmsil edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İstanbolda qəbir yeri qiymətləri açıqlandı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:21 1080 baxış Türkiyənin meqapolisində qəbiristanlıq qiymətlərindəki kəskin fərq gündəm yaradıb Elpress.az xəbər verir ki, İstanbolda qəbir yerlərinin qiymətləri ilə bağlı rəsmi göstəricilər açıqlanıb və böyük müzakirələrə səbəb olub. […]

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:57 1082 baxış “Şimali Qafqaz–Zaqafqaz” kəmərində təmir işləri sentyabrın 15-dən 25-dək davam edəcək Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana təbii qaz tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılacaq.Buna səbəb Rusiya […]

İşsizlikdən sığorta üzrə yığımlar artmaqda davam edir

Aysel Əlibəyli 07 İyul 2026 · 09:19 1122 baxış Bu ilin ilk altı ayında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manata çatıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, bu göstərici […]

Hövsanda sürətli qatar layihəsi üçün söküntü işləri başladı

Aysel Əlibəyli 25 İyun 2026 · 16:36 1142 baxış Sürətli qatar xətti üçün Hövsanda hazırlıq mərhələsi: yaşayış evlərinin söküntüsünə başlanılıb, sakinlərə kompensasiya ödənilir Hövsan qəsəbəsində sürətli qatar layihəsinin icrası ilə əlaqədar dəmir yolu xəttinin yaxınlığında […]