Ermənistan parlamentinin komissiya sədri Tehranla əlaqələrin strateji səviyyəyə yüksəldiləcəyini bildirib
Elpress.az xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan ABŞ-la Ermənistan arasında inkişaf edən münasibətlərin İran-Ermənistan əlaqələrinə mənfi təsir göstərməyəcəyini bildirib.Xandanyan bu barədə “2026 APRI Forum”da çıxışı zamanı danışıb.Onun sözlərinə görə, İranla dostluq münasibətləri Ermənistan üçün mühüm əhəmiyyət daşıyır. O, iki ölkə arasında əlaqələrin strateji səviyyəyə yüksəldilməsinin nəzərdə tutulduğunu qeyd edib.Xandanyan bildirib ki, Ermənistan və İran arasındakı münasibətlərin xarakteri artıq strateji məzmun daşıyır və bu istiqamətdə müvafiq sənədin yaxın gələcəkdə ortaya çıxması gözlənilir.Komissiya sədri əlavə edib ki, Ermənistan İranla münasibətlərini digər ölkələrlə əlaqələrinin hesabına və ya hər hansı dövlətə qarşı yönəlmiş şəkildə inkişaf etdirmək niyyətində deyil.


