Bakı-Şamaxı yolunda “Ford Fusion”un mühərrik hissəsi yanıb
Elpress.az xəbər verir ki, Qobustan rayonunda minik avtomobilində yanğın baş verib.Hadisə Bakı-Şamaxı magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yanğınla bağlı məlumat daxil olduqdan sonra yanğından mühafizə qüvvələri hadisə yerinə cəlb edilib.Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Ford Fusion” markalı avtomobildəki yanğın qısa müddətdə söndürülüb.Yanğın zamanı avtomobilin mühərrik hissəsi yanıb. Nəqliyyat vasitəsinin böyük hissəsi isə yanğından mühafizə olunub.


