Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 faiz artıb
Elpress.az xəbər verir ki, Azərbaycana daxil olan və ölkədən göndərilən pul baratları arasında müsbət fərq artıb.Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında pul baratları üzrə müsbət saldo 751 milyon ABŞ dolları təşkil edib.Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,1 faiz artıb.Mərkəzi Bank xarici sektor üzrə əsas göstəricilərin əlverişli olaraq qaldığını bildirib. Qeyd olunub ki, qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz məhsulları və xidmətlərinin ixracında müsbət meyillərin davam etməsi fonunda ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozun artırılması ehtimalı var.


