--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 15:51 1018 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.

Elpress.az xəbər verir ki, görüş zamanı səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.Prezident İlham Əliyev səfirlə söhbətində Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirib.Dövlət başçısı müxtəlif səviyyələrdə qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin investisiya, ticarət və biznes sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.Luis Morsinq isə qəbul üçün dövlət başçısına təşəkkürünü bildirib və Azərbaycanla İsveç arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylə çalışacağını vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı–Quba yolunda ağır qəza: ölən var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xarici diplomatlar Xankəndidə “AzCotton” fabrikində olublar

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 16:05 1034 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağa səfəri davam edir. Səfər proqramına uyğun olaraq xarici diplomatlar Xankəndidə yerləşən “AzCotton” MMC-nin tikiş fabrikinə […]

Kreml: Putin Zelenskinin açıq məktubu ilə tanışdır

Aysel Əlibəyli 05 İyun 2026 · 14:08 1176 baxış Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin ünvanladığı açıq məktub barədə məlumatlandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Kremlin nümayəndələri məlumat veriblər. Bildirilib ki, dövlət […]

Rusiyadan Ermənistana 700 ton buğda Azərbaycandan keçdi

Aysel Əlibəyli 23 İyun 2026 · 18:34 1098 baxış Elpress.az xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti buğda tədarükü həyata keçirilib. Məlumata görə, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan buğda yükü […]