--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Ramana qəsrində muzey fəaliyyətə başlayıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:02 1110 baxış

Qəsrin tarixini və Abşeronun orta əsr müdafiə sistemini əks etdirən ekspozisiyada rəqəmsal texnologiyalardan istifadə olunub

Elpress.az xəbər verir ki, Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan Ramana qəsrində yeni konsepsiya əsasında muzey fəaliyyətə başlayıb.“Tarixə açılan pəncərə” konsepsiyası ilə hazırlanan ekspozisiyada qəsrin tarixi və memarlıq xüsusiyyətləri müasir muzey yanaşmaları və rəqəmsal texnologiyalar vasitəsilə təqdim olunur. Layihə hazırlanarkən tarixi abidənin autentikliyinin qorunmasına xüsusi diqqət yetirilib.Muzeyin ekspozisiyası Ramana qəsrinin tarixi, Abşeronun orta əsrlərdəki müdafiə sistemi, hərb sənəti, gündəlik həyat və mədəniyyət haqqında məlumatların təqdim edilməsi üzərində qurulub. Burada 2024–2026-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri də nümayiş etdirilir.Ekspozisiyada “Seyri-Tarix”, “Seyri-Silah”, “Seyri-Tərz” və “Seyri-Həyat” bölmələri yaradılıb. Bu bölmələrdə orta əsr müdafiə sistemi, silahlar, məişət və sənətkarlıq nümunələri, eləcə də feodal-cəngavərin həyat yolu haqqında məlumatlar təqdim olunur.Qəsrin müxtəlif tarixi dövrlərdəki görünüşünü əks etdirən rekonstruksiya maketləri, tarixi fotoşəkillər və arxiv materialları da muzeydə yer alıb.Ziyarətçilər üçün interaktiv ekranlar, elektron məlumat panelləri, immersiv instalyasiya, animasiya, videoproyeksiya və videomapinq kimi texnologiyalardan istifadə edilib. Muzeydə məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur.Qəsrin dam terrası panoramik müşahidə meydançası kimi ziyarətçilərin istifadəsinə verilib. Burada “Alov” heykəltəraşlıq kompozisiyası yerləşdirilib. Abidənin ətrafındakı giriş meydançası və piyada marşrutları yenilənib, həmçinin açıq hava ekspozisiyası yaradılıb.Muzeyin daxili və xarici işıqlandırma sistemi İtaliyanın “Linea Light Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.Yeni muzey Ramana qəsrinin və ümumilikdə Azərbaycanın qədim tarixinin müasir muzey texnologiyaları vasitəsilə ziyarətçilərə təqdim olunmasına imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb

Next Article

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1087 baxış Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən […]

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Aysel Əlibəyli 09 İyun 2026 · 15:11 1148 baxış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı yeni layihəyə start verir. Elpress.az xəbər verir […]

Əli Hacı Ağaevlidən Nəsiminin şərəfinə yeni şeir

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 22:17 1404 baxış Elpress.az xəbər verir ki, şair Əli Hacı Ağaevli böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə yeni poetik əsər təqdim edib. “Uca, Nəsiminin şərəfinə” adlanan şeirdə Nəsimi yaradıcılığının […]