--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 14:57 1148 baxış

Xalq artisti “Nəyindən narahatsan” mahnısının sözlərini bəyəndiyini və duetə marağın bu qədər böyük olacağını gözləmədiyini deyib

Elpress.az xəbər verir ki, Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi “Nəyindən narahatsan” mahnısı və duetə göstərilən münasibət barədə danışıb.Alim Qasımov bildirib ki, Üzeyir Mehdizadə mahnının musiqisini yazarkən onu düşündüyünü söyləyib. Xalq artistinin sözlərinə görə, xüsusilə mahnının sözləri onun xoşuna gəlib və buna görə layihədə iştirak etməyə razılıq verib.O, duetə reaksiyanın belə olacağını əvvəlcədən təxmin etdiyini, lakin marağın bu qədər böyük olacağını gözləmədiyini qeyd edib. Alim Qasımov tənqidlərə də münasibət bildirərək deyib ki, bunu hər kəs öz fikrinə uyğun qiymətləndirə bilər.Xalq artisti Montrö festivalında iştirakından da söz açıb. Onun fikrincə, festival yüksək səviyyədə təşkil olunub, peşəkar musiqiçilərin və böyük orkestrin iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib. O, tamaşaçıların çıxışı müsbət qarşıladığını və tədbirin enerjili keçdiyini vurğulayıb.Alim Qasımov son dövrlərdə televiziya proqramlarında əvvəlki qədər görünməməsinin səbəblərinə də toxunub. O bildirib ki, musiqiçinin əməyinə və hazırlığına uyğun dəyər verilmədiyi hallarda televiziya çıxışlarında iştirak etmək həvəsi azalır. Xalq artisti musiqiçinin səhnəyə çıxmazdan əvvəl məşq etdiyini, geyim və hazırlıq üçün vaxt sərf etdiyini, buna görə də əməyinin qarşılığını almasının vacib olduğunu qeyd edib.O, daha əvvəl rep ifaçısı ilə birlikdə hazırladığı layihəyə görə səsləndirilən tənqidlərə də münasibət bildirib. Alim Qasımov həmin əməkdaşlığın musiqiyə maraqdan yarandığını deyib və müxtəlif janrların bir araya gəlməsini normal hal hesab etdiyini vurğulayıb.Xalq artisti gələcəkdə də uyğun təkliflər gələrsə, belə layihələrdə iştirak edə biləcəyini bildirib. Onun sözlərinə görə, təqdim olunan musiqi və ideya ürəyincə olarsa, layihəyə razılıq verə bilər. Alim Qasımov həmçinin yeni təkliflərinin və öz ideyalarının olduğunu, zamanı gələndə onları tamaşaçılara təqdim edəcəyini deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Şamaxinka”da 5 marşrutun dayanacağı dəyişdirilir

Next Article

Ramana qəsrində muzey fəaliyyətə başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ronaldo saçının rəngini dəyişdi

Aysel Əlibəyli 14 Avqust 2026 · 07:18 1094 baxış Kristianu Ronaldo yeni saç rəngi ilə diqqət çəkib Elpress.az xəbər verir ki, Dünyaca məşhur portuqaliyalı futbolçu Kristianu Ronaldo görünüşündə dəyişiklik edib.O, saçlarını ilk dəfə mis-narıncı rəngə […]

Ceren Ayrukun yaşı ilə bağlı iddialar gündəm oldu

Aysel Əlibəyli 20 İyul 2026 · 00:02 1160 baxış Aktrisa Ceren Ayrukun yaşı ilə bağlı yayılan iddialar müzakirələrə səbəb olub Elpress.az xəbər verir ki, “Daha 17” serialında Leyla obrazı ilə tanınan gənc aktrisa Ceren Ayrukun […]

“Toprak” evlilik təklifi aldı

Aysel Əlibəyli 26 İyul 2026 · 21:19 1120 baxış “Sihirli Annem”in “Toprak”ı evlənməyə hazırlaşır Elpress.az xəbər verir ki, Türkiyənin məşhur “Sihirli Annem” serialında “Toprak” obrazını canlandıran aktrisa Cennifer Boyner sevgilisi, müğənni Can Alaosmanın evlilik təklifini […]