--:--:-- | 27 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Rəna Abdullayevanın yaradıcılığında dil problemləri mövzusunda elmi seminar

Aysel Əlibəyli 01 İyun 2026 · 14:59 66 baxış

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində yazıçı Rəna Abdullayeva ilə “Yazıçı və dil” mövzusunda elmi seminar keçirilmişdir.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Görüş zamanı Rəna Abdullayeva oxucularla fikir mübadiləsi apararaq yaradıcılığı barədə məlumat verib, ədəbi proseslə bağlı sualları cavablandırıb.Şöbə müdiri, professor İsmayıl Kazımov qonağın yaradıcılığı haqqında məlumat verərək onun müasir Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, yazıçının əsərlərində milli-mənəvi dəyərlər, insan ünsiyyəti və həyat həqiqətləri öz əksini tapır. Onun “Qisas”, “Yağışın yuyub apara bilmədiyi izlər”, “Qızılgül tikansız olmaz”, “Diqqət! İlk dayanacaq Şəhidlər xiyabanı, ilk görüş yeri ata məzarı” əsərlərində dil məsələləri xüsusi diqqət mərkəzində saxlanılır. Əsərlərdə istifadə olunan söz seçimi, ifadələrin poetikliyi və metaforik quruluş Azərbaycan dilinin zənginliyini nümayiş etdirir. Xüsusilə “Qızılgül tikansız olmaz” və “Yağışın yuyub apara bilmədiyi izlər” kimi adlar sadə, lakin dərin məna ilə seçilərək oxucunun emosional dünyasına təsir göstərir. Bu isə dilin həm bədii, həm də emosional funksiyasını ön plana çıxarır.Gənc dilçilər qeyd ediblər ki, yazıçının “İllər sonra” əsərində dil yalnız hadisələri çatdıran vasitə kimi deyil, həm də daxili aləmin ifadəçisi kimi çıxış edir. Personajların hissləri, düşüncələri və keçmişlə bağlı refleksiyaları dil vasitəsilə oxucuya ötürülür.Görüş zamanı ana dilinin saflığının qorunması, bədii ədəbiyyatın dil mədəniyyətinin inkişafındakı rolu və gənc nəslin mütaliəyə marağının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistanda “1 mart işi” ilə bağlı 4 ordu korpusunun sabiq komandirlərinə qarşı cinayət təqibinə başlanılıb.

Next Article

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 50 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]

Doktorantura üzrə xarici dil imtahanı keçirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:33 14 baxış Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanları təşkil olunub, nəticələrin açıqlanacağı tarix məlumdur Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı və fəlsəfə […]

Əli Hacı dan yeni şeir

Elşən 24 İyun 2026 · 08:51 146 baxış Ağlayan göy üzü var,Göz yaşın saxlayan yer!Tanrının əli səndə,Göz yaşlarına əl ver! Üstünü ört soyuğun,İstin olsun yavanlığı!Dili ol qaranlığın,Çıxıb getməyə yol ver! Ah çək,yel ovutmağaQəm çək,el ovutmağa!Arx […]

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 90 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]