--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Laçında beynəlxalq film festivalı başladı

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:34 1046 baxış

Laçın şəhərində Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) açılışı olub.

Elpress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına əsasən, “Where Film Meets LIFE” şüarı ilə keçirilən festival avqustun 27-dək davam edəcək.Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə təşkil olunan beynəlxalq film festivalı regionun mədəni həyatında mühüm hadisə kimi diqqət çəkir.Festivalda nümayiş üçün 47 ölkədən 300-ə yaxın film təqdim edilib. Onlardan 38-i əsas proqrama seçilib. Tədbir çərçivəsində Azərbaycan kinosunun gənc nümayəndələrinin ərsəyə gətirdiyi 18 yerli film də tamaşaçılara təqdim olunacaq.Müsabiqənin 7 qalib filmi festivalın rəsmi mükafatı olan “Qızıl Palıd Budağı” ilə təltif ediləcək.Festivalın keçirilməsində əsas məqsədlər Azərbaycan kinematoqrafçılarının beynəlxalq kino mühiti ilə əlaqələrini genişləndirmək, müxtəlif ölkələrdən olan kino mütəxəssislərini bir araya gətirmək və yeni yaradıcı əməkdaşlıqlara şərait yaratmaqdır.

Təşkilatçılar həmçinin Laçının beynəlxalq kino və yaradıcı sənaye mərkəzlərindən birinə çevrilmək potensialını nümayiş etdirməyi hədəfləyirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Next Article

Şəhərətrafı qatarların cədvəli dəyişdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ömər Eldarov: “Sənətdə ən vacib prinsip səmimiyyətdir”

Aysel Əlibəyli 22 Avqust 2026 · 16:27 1086 baxış Azərbaycan heykəltəraşlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Ömər Eldarov yaradıcılığı boyu daş və tuncda Azərbaycanın tarixini, yaddaşını və görkəmli şəxsiyyətlərinin obrazlarını yaşadıb. Onun yaratdığı abidələr yalnız […]

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1056 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]

BMU komandası nazirliyin proqramında birinci oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:10 1084 baxış Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komanda Müdafiə Sənayesi Nazirliyinin elmi proqramında ən yüksək nəticəni əldə edib. Elpress.az xəbər verir ki , Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı […]