--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yaydı

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:21 1034 baxış

Azərbaycanın dövlət suverenliyinin tam bərpası regionda yeni siyasi reallığın formalaşmasına və davamlı sülh perspektivlərinin genişlənməsinə şərait yaradıb.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı yaydığı bəyanatda bildirilib.Nazirlik qeyd edib ki, 20 sentyabr Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir.

2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.

Bəyanatda vurğulanıb ki, 24 saatdan az müddətdə başa çatan əməliyyatın əsas məqsədi Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycan ərazisindən çıxarılması olub.XİN bildirib ki, həmin tarixi prosesdə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, hərbi hazırlığı və qəhrəmanlığı mühüm rol oynayıb. Nazirliyin məlumatına görə, antiterror tədbirləri zamanı mülki əhalinin və mülki infrastrukturun təhlükəsizliyinə xüsusi diqqət yetirilib, hədəflər qanunsuz silahlı birləşmələrə məxsus legitim hərbi obyekt və infrastrukturlar olub.Nazirliyin bəyanatında qeyd olunub ki, suverenliyin bərpası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda uzunmüddətli sülhün formalaşdırılması üçün yeni şərait yaradıb. Azərbaycan tərəfi bundan sonra da sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək normallaşma istiqamətində ardıcıl addımlar atıb.XİN 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşü də sülh prosesinin mühüm mərhələlərindən biri kimi qiymətləndirib.Bildirilib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar yalnız sülh və sabitlik baxımından deyil, regionun iqtisadi imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Nəqliyyat və logistika əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətlərinin bərpası və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.Nazirlik hesab edir ki, mövcud sülh imkanından istifadə edilərək Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin tam normallaşdırılması üçün qarşıda duran məsələlərin həlli xüsusi əhəmiyyət daşıyır.

Bəyanatda Azərbaycanın azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işlərinə də diqqət çəkilib. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, həmin ərazilərin davamlı inkişafı, mina təhlükəsinin aradan qaldırılması və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi əsas istiqamətlər sırasında göstərilib.XİN vurğulayıb ki, Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçiliyinə, milli iradəsinə və ərazi bütövlüyünə bağlılığını ifadə edən əlamətdar tarixdir.

Bu gün həmçinin ölkənin suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsinə ehtiramın ifadəsi kimi xüsusi məna daşıyır.

Bəyanatın sonunda Azərbaycanın dövlət suverenliyinin əbədi, bölünməz və toxunulmaz olduğu vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Next Article

Azərbaycan XİN Pakistana başsağlığı verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elektron siqaretlər mülki dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:15 1057 baxış Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunla elektron siqaretlərin mülki dövriyyəsi tam qadağan edildi Elpress.az xəbər verir ki, Azərbaycanda elektron siqaretlər və onların hissələri mülki dövriyyədə olmasına […]

Xəzərdə boğulmaların səbəbi naməlum varlıqlardı?

Aysel Əlibəyli 18 İyul 2026 · 15:08 1060 baxış Yay mövsümündə Xəzər dənizində boğulma hallarının artması müxtəlif iddialara səbəb olub. Bəzi sosial şəbəkə paylaşımlarında buna “naməlum varlıqlar”ın səbəb olduğu irəli sürülsə də, mütəxəssislər bu fikri […]

Zaqatalanın Qazangül qəsəbəsində ayı görünüb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:26 1024 baxış Ayı balası gecə saatlarında küçədə sakinlərin kamerasına düşüb Elpress.az xəbər verir ki, Zaqatala rayonunun Qazangül qəsəbəsində ayı müşahidə olunub.Rayon mərkəzinə yaxın ərazidə bir neçə gün əvvəl […]