--:--:-- | 10 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1050 baxış

Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib.

Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə başlayıb.Festivalın ilk günündə yerli və xarici sənətçilər media nümayəndələri və pərəstişkarları ilə görüşərək təəssüratlarını bölüşüblər. Qırmızı xalçada rəngarəng obrazlar və səmimi açıqlamalar diqqət çəkib.

Azərbaycanın Xalq artisti EMIN festivalın ildən-ilə daha böyük beynəlxalq platformaya çevrildiyini vurğulayaraq qonaqları salamlayıb və tamaşaçılara dəstəyə görə təşəkkür edib.

Müğənni Ani Lorak Bakıya hər səfərinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Alsu isə Azərbaycan mətbəxinə heyran qaldığını etiraf edərək yeni mahnısı **”Kəpənək”**in premyerasını məhz festival çərçivəsində təqdim edəcəyini açıqlayıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Roza Zərgərli belə beynəlxalq tədbirlərdə yerli ifaçıların iştirakının Azərbaycan musiqisinin tanıdılması baxımından mühüm rol oynadığını qeyd ediblər.

Rusiyalı sənətçi Stas Mixaylov Azərbaycanı özünə doğma ölkələrdən biri adlandıraraq övladları ilə birlikdə Bakını və Sumqayıtı ziyarət etməyi planlaşdırdığını söyləyib.

Festivalda ilk dəfə iştirak edən Belarusun “Çəhrayı qızılgüllər” qrupunun üzvləri isə Bakının müasir siması, qonaqpərvərliyi və dəniz mənzərəsinin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

Festivalın ilk konsert proqramında Busta Rhymes, EMIN, Ani Lorak, Alsu, Stas Mixaylov, Brendon Stone, Roza Zərgərli, Zülfiyyə Xanbabayeva, Cheb Khaled, Barbara Berta və digər məşhur ifaçılar səhnəyə çıxıblar.

DREAM FEST 2026 bu il də dünyanın müxtəlif ölkələrindən musiqi ulduzlarını Bakıda bir araya gətirərək Azərbaycanın beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən əsas məkanlardan biri olduğunu bir daha nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstanın bir çox bölgəsində elektrik enerjisi kəsildi

Next Article

Nazir Xalq artisti Flora Kərimovanı yubileyi münasibətilə ziyarət etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kişineuda Azərbaycan tamaşasına böyük maraq

Aysel Əlibəyli 29 May 2026 · 18:24 1198 baxış Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının hazırladığı “Biganə məşuq” tamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalının proqramında nümayiş etdirilib. Tamaşa Aydan Həsənzadə tərəfindən […]

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Aysel Əlibəyli 02 İyun 2026 · 10:50 1226 baxış AMEA-nın Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının icrasına həsr olunan “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv […]

MEK-də Silahlı Qüvvələr Gününə həsr olunan sərgi keçirilib

Aysel Əlibəyli 25 İyun 2026 · 16:27 1118 baxış Milli Elmi Kitabxanada Azərbaycan Ordusunun tarixi və qəhrəmanlıq salnaməsini əks etdirən xüsusi sərgi təşkil olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 26 İyun – […]