--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Gənc xilasedici” beynəlxalq yarışında Azərbaycan birinci oldu

Aysel Əlibəyli 04 İyul 2026 · 23:01 1050 baxış

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb.

Elpress.az xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, digər rəsmi şəxslər, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və övladları iştirak ediblər.

Yarış iştirakçıları “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” mərhələlərində, həmçinin “Mənim ölkəm, mənim komandam” müsabiqəsində bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə əsasən, beynəlxalq yarışın qalibi Azərbaycan komandası olub. Özbəkistan ikinci, Belarus isə üçüncü yeri tutub. Ümumrespublika birinciliyində isə İsmayıllı komandası birinci, Naxçıvan Muxtar Respublikası ikinci, Qusar komandası isə üçüncü pillədə qərarlaşıb.

Qaliblərə kubok, medal və diplomlar təqdim olunub, yarışın fərqlənən iştirakçıları müxtəlif mükafatlarla təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Arzum işi yenidən gündəmdə: Qəzada ölən Amal Məlikovun keçmişi ilə bağlı sənədlər yayıldı

Next Article

Livanda ölənlərin sayı 4303-ə yüksəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Aysel Əlibəyli 09 İyun 2026 · 15:11 1082 baxış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı yeni layihəyə start verir. Elpress.az xəbər verir […]

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Aysel Əlibəyli 24 İyun 2026 · 19:14 1066 baxış Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərginin açılışı […]

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 1044 baxış Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, […]