--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ermənistan ərazisində Alban irsi araşdırılacaq – İşçi Qrup yaradıldı

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 10:24 1102 baxış

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində yerləşən alban xristian irsinin araşdırılması üzrə İşçi Qrup yaradılıb.


Elpress.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Yeni yaradılan qrupun əsas fəaliyyət istiqaməti tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsindəki kilsə, monastır, sövmə və xaçdaşların tarixinin, memarlıq xüsusiyyətlərinin və epiqrafik materiallarının araşdırılması olacaq.
İcmanın məlumatına görə, tədqiqatlar arxiv sənədləri və digər ilkin mənbələr əsasında aparılacaq. Məqsəd müxtəlif ölkələrin arxiv və əlyazma fondlarında saxlanılan materialların üzə çıxarılması, sistemləşdirilməsi və vahid elmi bazada toplanmasıdır.
İcma bildirir ki, XVI–XIX əsrlərdə Alban katolikosluğu ilə bağlı sənədlərin tamamilə məhv edildiyi barədə yanaşmalar mövcuddur. Bununla yanaşı, müxtəlif ölkələrin arxivlərində həmin dövrün dini və ictimai tarixinə, eləcə də Alban katolikoslarına dair sənədlərin qorunduğu qeyd olunur.
Məlumata əsasən, Qərbi Azərbaycan İcmasında artıq bu istiqamətdə yüzlərlə sənəd toplanıb. İşçi Qrupunun fəaliyyətinin əsas hədəflərindən biri həmin materialların sistemli şəkildə araşdırılması və elmi dövriyyəyə daxil edilməsidir.

İcma həmçinin 2026-cı ilin sentyabrında xarici diplomatların Gəncəsər monastır kompleksinə səfərinə diqqət çəkərək, mədəni irs məsələsinin diplomatik müzakirələrdə də yer aldığını bildirib.
Qərbi Azərbaycan İcmasının mövqeyinə görə, indiki Ermənistan ərazisindəki çoxqatlı dini-mədəni irs, o cümlədən Qafqaz Albaniyasının orta əsr abidələri deportasiya olunmuş azərbaycanlıların irsi ilə bağlı araşdırmaların tərkibində öyrənilməlidir. İcma hesab edir ki, bu mövzuda beynəlxalq elmi mühitə təqdim ediləcək materiallar ilkin mənbələrə və yoxlanıla bilən tədqiqatlara əsaslanmalıdır.

Bildirilib ki, aparılacaq araşdırmaların istiqamətlərindən biri də deportasiya olunmuş əhalinin qayıdışı ilə bağlı tarixi-mədəni əsasların sənədləşdirilməsi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qızılın qiyməti ucuzlaşıb

Next Article

Pensiyaların sentyabr ödənişi tamamlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda kitabxana fondunun yarıdan çoxu kiril əlifbasındadır

Aysel Əlibəyli 10 İyun 2026 · 12:04 1140 baxış Azərbaycanda fəaliyyət göstərən kitabxanaların böyük hissəsinin beynəlxalq standartlara uyğun olmadığı açıqlanıb. Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti […]

Xarıbülbül İğdırda qızıl boyunbağıda

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:35 1052 baxış Azərbaycanın simvollarından biri olan Xarıbülbül İğdırda zinət əşyası kimi təqdim edilib Elpress.az xəbər verir ki, Azərbaycan və Qarabağın tanınmış simvollarından biri olan Xarıbülbül İğdırda zərgərlik nümunəsinə […]

Xarici diplomatlar Xudavəng monastırını ziyarət edib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:29 1042 baxış Diplomatik nümayəndələrə Kəlbəcərdəki tarixi kompleksin keçmişi barədə məlumat verilib Elpress.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzura səfər edən xarici diplomatlar Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır […]

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:35 1062 baxış Hikmət Mustafayev Aparat rəhbəri, Mustafa Abbasbəyli isə nazir müşaviri təyin edilib Elpress.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin Aparatında yeni kadr dəyişiklikləri həyata keçirilib.Nazirlikdən verilən məlumata […]