--:--:-- | 31 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Əli Hacıdan düşündürən yeni şeir: “Ruhuma düşməndi bədən”

Elşən 03 İyun 2026 · 19:07 1328 baxış

Əli Hacının yeni qələmə aldığı şeir oxucular tərəfindən maraqla qarşılanıb.

Ruhuma düşməndi bədən

Ruhuma düşməndi bədən,
Bu sağ əlim, solu tutmur!
Odla, suyla yol gedirəm,
Adamlarla yolum tutmur!

Yaxına dur, məni ovut,
Gülüm, ya da məni unut!
Göylər yağır bulud-bulud,
Mən tərəfi dolu tutmur!

Ah çəkməyib anam boşa,
Min istəyi dəyib daşa!
Bu dünyaya gəldik qoşa,
Sevinc gəlib qolum tutmur!

Qəmə oyna, döz, oyundu,
Qələm, kağız, söz oyundu!
Ölüm – Fələyin oynudu,
Ölümlə də olum tutmur!

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji gündəliyi xüsusilə diqqət mərkəzində yer alıb və böyük maraq doğurub.

Next Article

ABŞ-də güclü zəlzələ qeydə alınıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Alyona Əliyeva Anar Hüseynzadənin sərgisindən fotolar paylaşıb

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 08:48 1080 baxış Alyona Əliyeva rəssam Anar Hüseynzadənin “O” adlı fərdi sərgisinin açılış mərasimindən görüntüləri izləyiciləri ilə bölüşüb. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin gəlini sərginin açılışından çəkilmiş […]

“Gülçöhrə və Əsgər” tamaşasında yubiley sevinci yaşanıb

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 14:05 1088 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanan “Gülçöhrə və Əsgər” tamaşası oktyabrın 8-də yenidən teatrsevərlərin qarşısına çıxıb. Tamaşa həm tarixi hadisələrə toxunan […]

Gürcüstanda Aİ-nin dəstəklədiyi festival ləğv olunub

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:59 1110 baxış Qoridə keçirilməsi planlaşdırılan “Kamara” festivalının təhlükəsizlik səbəbilə baş tutmayacağı açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanın Qori şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilməsi nəzərdə tutulan “Kamara” […]

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1172 baxış Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır. […]