--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ədəbiyyatın rəqəmsal təbliği təklif olunur

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:28 1030 baxış

Alim: Audiovizual layihələr gənclərin mütaliəyə marağını artıra bilər

Elpress.az xəbər verir ki, Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan ədəbiyyatının gənclərə çatdırılması üçün yeni üsullardan istifadə olunması təklif edilir.Filologiya üzrə fəlsəfə doktoru Dilarə Əliyevanın sözlərinə görə, müasir gənclərin mütaliə vərdişləri dəyişdiyindən elektron və audiokitablar, podkastlar, sosial media və digər rəqəmsal platformalar ədəbiyyatın təbliğində daha fəal şəkildə istifadə edilməlidir.Alim Azərbaycan ədəbiyyatının vahid rəqəmsal kitabxanasının yaradılmasının vacibliyini də qeyd edib. Onun fikrincə, klassik və müasir əsərlərin elektron formatda təqdim olunması ilə yanaşı, mətnlərə izah, annotasiya, lüğət və elmi şərhlərin əlavə edilməsi xüsusilə gənc oxucular üçün faydalı ola bilər.D.Əliyeva yazıçılar və ədəbiyyatşünasların iştirakı ilə audiovizual layihələrin hazırlanmasını, həmçinin sosial şəbəkələrdə yaradıcı ədəbi məzmunların artırılmasını mütaliə mədəniyyətinin inkişafına təsir göstərə biləcək vasitələr kimi dəyərləndirib.O, süni intellektin də oxuculara əsər və müəllif seçimi, mətnlərin izahı və müxtəlif ədəbi tövsiyələr təqdim etmək baxımından imkanlar yaratdığını bildirib. Bununla belə, texnologiyanın bədii əsərin yerini tutmamalı, əksinə, oxucunu orijinal mətnə yönəltməli olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Next Article

Ağdamda ayaqqabı istehsalı genişlənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Hacıdan yeni şeir

Elşən 07 İyul 2026 · 11:06 1088 baxış Yazar Əli Hacı yeni şeirini sosial şəbəkədə paylaşıb. Elpress.az olaraq şeiri təqdim edirik: Mən ki,yuxu görmürəmYuxu yozasan mənə !Gedib Tanrı olmadın,Tale yazasan mənə ! Gizlədim çox sözümü,Abır-həya […]

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1158 baxış Dövlət qurumları ilə ictimai təşkilatların birgə həyata keçirdiyi layihələr eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına, onların sosial həyatda daha fəal iştirakına və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə mühüm töhfə […]

ADMİU beynəlxalq əməkdaşlığını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:25 1038 baxış Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq mübadilə və innovasiya proqramlarını yeni mərhələyə keçirir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) beynəlxalq akademik əlaqələrin […]

Qaxda ilk kitab sərgisi start götürüb

Aysel Əlibəyli 30 May 2026 · 17:48 1128 baxış Qax şəhərindəki “İçəribazar” kompleksində “Oxu, Qax” devizi altında Birinci Qax Kitab Sərgisinin açılışı olub. İki gün davam edəcək sərgi Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı və bir […]