--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ağdamda ayaqqabı istehsalı genişlənir

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:30 1084 baxış

Ağdam Sənaye Parkındakı fabrik xarici ölkələrə ayaqqabı ixrac edir

Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş Ağdamda sənaye və istehsal sahələrinin inkişafı davam edir. Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr həm regionun iqtisadi fəallığının artmasına, həm də yerli əhalinin məşğulluğunun təmin olunmasına töhfə verir.Parkın rezidenti olan “BAFCO İnvest” MMC-nin ayaqqabı fabrikində hazırda 20-yə yaxın model istehsal olunur. Müəssisədə müxtəlif rəng və təyinatlı poliuretan çəkmələr də hazırlanır.Fabrikdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də göndərilir. İndiyədək Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstana ixrac həyata keçirilib. Müəssisə yaxın gələcəkdə Avropa və Yaxın Şərq ölkələrinə satış imkanlarını genişləndirməyi planlaşdırır.Müəssisədə 70-dən çox əməkdaş çalışır. İşçilərin böyük hissəsini Ağdam və ətraf rayonların sakinləri təşkil edir. Fabrikin illik istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə 360 min cüt, poliuretan çəkmələr üzrə isə 150 min cütdür.Ağdam Sənaye Parkında həyata keçirilən bu cür layihələr azad edilmiş ərazilərdə yalnız yeni istehsal müəssisələrinin yaradılmasına deyil, həm də iqtisadi həyatın canlanmasına və əhalinin məşğulluğunun artmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ədəbiyyatın rəqəmsal təbliği təklif olunur

Next Article

Lukaşenkoya qarşı cinayət işi təklifi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Güzəştli kreditləşmənin çərçivəsi müəyyənləşdi

Aysel Əlibəyli 23 İyul 2026 · 13:57 1172 baxış Ekspert güzəştli kreditlərin verilməsi ilə bağlı yeni qaydaları şərh edib Elpress.az xəbər verir ki, Maliyyəçi-ekspert Namiq Hüseynov bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar Azərbaycan […]

İmişlidə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

Aysel Əlibəyli 30 Oktyabr 2026 · 11:11 1088 baxış Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün maarifləndirici təlim təşkil olunub. Elpress.az xəbər verir ki, tədbir çərçivəsində media nümayəndələri üçün kənd təsərrüfatı sahəsi […]

AMB: Valyuta təklifi tələbi üstələyib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:53 1132 baxış 8 ayda nağd xarici valyuta alışının satışını 673 milyon dollar üstələdiyi açıqlanıb Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycanda valyuta bazarında təklif tələbi […]