--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Macarıstanda AES-in fəaliyyətində problem yaranıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:10 1066 baxış

Pakş Atom Elektrik Stansiyasının tam gücü ilə fəaliyyətini bərpa edəcəyi tarix açıqlanıb

Elpress.az xəbər verir ki, Macarıstanın Pakş şəhərində yerləşən Atom Elektrik Stansiyasının (AES) avqustun 26-da tam gücü ilə fəaliyyətini bərpa etməsi gözlənilir.

bu barədə Macarıstanın Baş naziri Peter Madyar məlumat verib. O, Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən fəaliyyəti dayandırılan 3 saylı enerji blokunun yenidən işə salınması prosesində iştirak edib.Hazırda 3 saylı enerji blokuna aid 6 saylı turbinin elektrik şəbəkəsinə qoşulmasına başlanılıb. Baş nazirin sözlərinə görə, turbinin tam gücə çatdırılması prosesi təxminən 49 saat davam edir və hazırda son mərhələyə keçilib.Son həftələr ərzində stansiyanın səkkiz turbinindən yalnız ikisi işləyib və təxminən 500 meqavat elektrik enerjisi istehsal olunub. Üçüncü turbinin yenidən fəaliyyətə başlaması üçün AES yaxınlığında Dunay çayında suyun səviyyəsinin yüksəldilməsi və çayın dibində xüsusi maneənin yaradılması təmin edilib.Qeyd olunur ki, Avropada müşahidə olunan anomal isti hava və quraqlıq nəticəsində Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi Pakş AES-in dörd enerji blokundan üçünün müvəqqəti dayandırılmasına səbəb olub. Daha əvvəl stansiyanın tam gücü ilə avqustun 27-28-də fəaliyyətə başlayacağı bildirilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

Next Article

Zelenski “Starlink” məsələsində Makronun dəstəyindən danışıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran–İsrail gərginliyi: hava bazaları vuruldu

Aysel Əlibəyli 08 İyun 2026 · 19:34 1104 baxış İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq bildirib ki, İsrailə məxsus strateji əhəmiyyət daşıyan Nevatim və Tel Nof aviabazaları raket hücumlarının hədəfinə çevrilib və həmin […]

Avropa İttifaqından Rusiyanın Baş prokuroruna sanksiya

Aysel Əlibəyli 15 İyun 2026 · 15:22 1110 baxış Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək 80-dən çox şəxs və təşkilatı qara siyahıya daxil edib. Elpress.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.Yeni […]

Rekordlar artıq təkcə qırılmır — məhv olur 🌡️

Aysel Əlibəyli 27 May 2026 · 14:50 1126 baxış istilik dalğalarının sərtləşməsi fonunda niyə temperatur rekordları artıq sadəcə qırılmır, həm də əvvəlkindən daha kəskin şəkildə məhv olur? Elpress.az-ın məlumatına əsasən, Hazırda Qərbi Avropa demək olar […]

Möhsin Rezai yeni vəzifəyə təyin edildi

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:31 1062 baxış Keçmiş SEPAH komandanı İran Milli Təhlükəsizlik Ali Şurasının katibi oldu Elpress.az xəbər verir ki, İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Möhsin Rezai Milli Təhlükəsizlik […]