--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalanacaq

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:37 1060 baxış

Hikmət Hacıyev: İki ölkə arasında münasibətlər strateji müttəfiqlikdən əbədi dostluğa keçir

Elpress.az xəbər verir ki, Azərbaycan və Özbəkistan arasında əbədi dostluq münasibətlərinə dair müqavilənin imzalanması nəzərdə tutulur.Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Daşkənddə jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında əlaqələr son illərdə yeni mərhələyə yüksəlib.Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan və Özbəkistan prezidentləri arasında keçirilən təmaslardan sonra münasibətlər strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru inkişaf edib. Hazırda isə əlaqələrin əbədi dostluq səviyyəsinə çatdırılması istiqamətində mühüm addım atılır.Hikmət Hacıyev qeyd edib ki, bu səfər çərçivəsində iki dövlət başçısı xalqların ortaq tarixi və mədəni bağlarından irəli gələrək əbədi dostluq münasibətlərinə dair müqavilə imzalayacaq. O bildirib ki, bununla artıq faktiki olaraq mövcud olan Azərbaycan–Özbəkistan dostluğu siyasi müstəvidə də rəsmiləşdiriləcək.Prezidentin köməkçisi həmçinin iki ölkə rəsmilərinin ünsiyyət zamanı Azərbaycan və özbək dillərindən daha çox istifadə etməyə çalışdıqlarını vurğulayıb. Onun sözlərinə görə, terminoloji çətinliklər yarandıqda bəzi hallarda rus dilindən istifadə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Hacı Ağaevlidən duyğulara toxunan yeni şeir

Next Article

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MN-in hərbi qulluqçuları təltif olundu

Aysel Əlibəyli 25 İyun 2026 · 16:43 1100 baxış Müdafiə Nazirliyinin bir qrup hərbçisi xidmət fəaliyyətinə görə yüksək qiymətləndirilib və təltif edilib Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmətlərində fərqləndiklərinə görə təltif olunub.Təltif olunan hərbçilər […]

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 1125 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]