--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan–Özbəkistan əlaqələrində yüksək səviyyəli təmaslar artır

Aysel Əlibəyli 23 Avqust 2026 · 14:52 1062 baxış

Son 5 ildə iki ölkə liderləri arasında qarşılıqlı səfərlər və siyasi əməkdaşlıq intensivləşib

Elpress.az xəbər verir ki, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərinin inkişafı yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələrdə institusional əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur.Son beş il ərzində Prezident İlham Əliyev Özbəkistana iki dövlət və dörd işgüzar səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Azərbaycana iki dövlət və yeddi işgüzar səfər həyata keçirib.İki ölkə arasındakı siyasi əməkdaşlığın əsas mexanizmlərindən biri 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şuradır. Şuranın ilk iclası 2024-cü ildə Daşkənddə, ikinci toplantısı isə 2025-ci ildə Bakıda keçirilib. Növbəti, üçüncü iclasın da keçirilməsi nəzərdə tutulur.Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq regional səviyyədə də genişlənir. İki ölkənin Regionlararası Forumları 2023-cü ildə Daşkənddə, 2024-cü ildə Qubada, 2025-ci ildə isə Bakıda təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şükufə Yusupovanın vəziyyəti ağır olaraq qalır

Next Article

Əli Hacı Ağaevlidən duyğulara toxunan yeni şeir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Ad Günü Arzusu”

Aysel Əlibəyli 15 İyun 2026 · 12:07 1138 baxış 80 Yaşlı Trampın Dünya Təqvimini Dəyişən “Ad Günü Arzusu” Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Ağ Evin tarixinə ən yaşlı rəhbər kimi adını yazdıran Donald Tramp […]

Ermənistanın qaz taleyi Rusiyadan asılı qalacaq!

Aysel Əlibəyli 31 May 2026 · 18:42 1130 baxış Rusiya Baş nazirinin müavini Alexey Overchuk bildirib ki, Ermənistanın enerji təminatı gələcəkdə də yalnız Rusiya qazına bağlı olacaq və ölkənin başqa alternativ mənbələrdən qaz əldə etməsi […]

Vaşinqton-Tehran razılaşması alqışlandı!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:54 1126 baxış ABŞ və İran arasında Anlaşma Memorandumu çərçivəsində əldə edilən tarixi razılığı məmnuniyyətlə alqışlayırıq. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq təhlükəsizlik arxitekturası və regional sabitlik baxımından […]