--:--:-- | 11 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1174 baxış

Dövlət qurumları ilə ictimai təşkilatların birgə həyata keçirdiyi layihələr eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına, onların sosial həyatda daha fəal iştirakına və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə mühüm töhfə verir.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, “Eşitmə və Nitq Məhdudiyyətli İnsanlara Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Abdulova Eşitmə Məhdudiyyətli İnsanların II Mədəniyyət Festivalı çərçivəsində bildirib ki, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri eşitmə məhdudiyyətli şəxslərin maarifləndirilməsi, onların dövlət proqramları və xidmətləri barədə geniş məlumatlandırılmasıdır və bu məqsədlə dövlət qurumlarının dəstəyi ilə bir sıra mühüm layihələr həyata keçirilir.Onun sözlərinə görə, son illərdə birlik Dövlət Yol Polisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə müxtəlif sosial təşəbbüslər reallaşdıraraq eşitmə məhdudiyyətli insanların informasiya əlçatanlığının artırılmasına töhfə verib.C. Abdulova qeyd edib ki, təşkilatın əsas məqsədi vacib məlumatların əlçatan formatda, xüsusilə işarət dili vasitəsilə təqdim olunmasıdır ki, bu da həmin şəxslərin öz hüquqları, imkanları və dövlət xidmətləri barədə daha dolğun məlumat əldə etməsinə şərait yaradır.O, həmçinin vurğulayıb ki, ictimai birlik dövlət qurumları ilə eşitmə məhdudiyyətli şəxslər arasında körpü rolunu oynayaraq mövcud problemlərin aşkarlanmasına və onların aidiyyəti orqanlara çatdırılmasına dəstək verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Füzulidə istifadəyə yararsız ət aşkarlanıb

Next Article

Taylandda Tanınmış Bloqerlərin Qəzaya Düşdüyü Anlar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Aysel Əlibəyli 18 İyun 2026 · 16:42 1138 baxış Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat prosesinə […]

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:24 1022 baxış İsraildə media turunda iştirak edən jurnalistlər Hurfeişdə druz icmasının nümayəndəsi ilə görüşüblər Elpress.az xəbər verir ki, İsraildə təşkil olunan media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1126 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]