--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Cənnətin iqamətgahı” filmi təqdim edildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:25 1038 baxış

Ordubadın qədim tarixi, mədəni irsi və etnoqrafik xüsusiyyətlərini özündə əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin təqdimatı keçirilib.

Elpress.az xəbər verir ki, ekran əsərinin təqdimat mərasimi Nizami Kino Mərkəzində təşkil olunub. Tədbirdə mədəniyyət nümayəndələri, ictimaiyyət və media təmsilçiləri, həmçinin filmin yaradıcı heyəti iştirak edib.

Mərasimdə bildirilib ki, film “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın bölgələrindəki tarixi, təbii və etnik-mədəni irsin audiovizual vasitələrlə tanıdılmasıdır.

Filmin ssenari müəllifi, rejissoru və prodüseri Kamran Qasımov ekran əsərinin əsasən Ordubadın etnoqrafiyasına həsr olunduğunu bildirib. Onun sözlərinə görə, filmdə şəhərin keçmişi, bu günü və gələcəyinə dair mesajlar da yer alıb.

Təqdimatın sonunda filmin yaradıcı heyəti tamaşaçılara təqdim olunub və ekran əsərinin tam versiyası nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Turan Tovuz” – “Fənərbaxça” oyununda gərginlik

Next Article

İran və İraq arasında uçuşlar bərpa olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şuşada “Kitab dayanacağı” istifadəyə verildi

Aysel Əlibəyli 20 İyul 2026 · 17:03 1086 baxış Şuşada günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” açıldı Elpress.az xəbər verir ki, Şuşada şəhər sakinləri və qonaqları üçün günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” istifadəyə verilib.”Azercell […]

“44” bədii filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 15:58 1036 baxış Elpress.az xəbər verir ki, Vətən müharibəsindən bəhs edən “44” bədii filminin ilk nümayişinin vaxtı məlum olub.Filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Daha sonra ekran […]