--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türkoloji Qurultayın 100 illiyi qeyd olunur

Aysel Əlibəyli 29 İyun 2026 · 12:47 1086 baxış

Bir əsrlik elmi irsə həsr olunan böyük tədbir: Bakı Türk dünyasının mədəniyyət mərkəzinə çevrildi

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib.İyunun 29-da Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Türk dünyasının elmi, mədəni və tarixi irsinin öyrənilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilib.Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirib.Qeyd olunub ki, “Türk Dünyası Həftəsi” Azərbaycan Prezidentinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq təşkil edilib.1926-cı ildə ilk dəfə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elm, dil və mədəniyyət tarixində mühüm mərhələlərdən biri hesab olunur. Yubiley tədbirlərinin keçirilməsi təşəbbüsü 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə irəli sürülüb.Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin müraciətləri də təqdim olunub.Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə böyük ehtiram göstərir və bu yubileyin dövlət səviyyəsində qeyd olunması Türk dünyasının ortaq elmi və mədəni dəyərlərinə verilən önəmin göstəricisidir.TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev isə vurğulayıb ki, Birinci Türkoloji Qurultayın irəli sürdüyü ideyalar bu gün də Türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiya proseslərinin inkişafında mühüm rol oynayır.Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov Birinci Türkoloji Qurultayın yalnız elmi toplantı deyil, həm də türk xalqlarının ortaq kimliyini və mədəni bağlarını nümayiş etdirən tarixi hadisə olduğunu qeyd edib.“Türk Dünyası Həftəsi” çərçivəsində elmi görüşlər, mədəni proqramlar və müxtəlif tədbirlər keçiriləcək. Proqram iyulun 3-dək davam edəcək və Şuşa, Xankəndi, Ağdam şəhərlərində də təşkil olunacaq.Tədbirlərdə 20 ölkədən 80-dən çox tanınmış türkoloq-alim və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İşə gecikdiyi üçün həbs olunan Azərbaycan rəssamı kim idi?

Next Article

Kamboca “ASAN xidmət” modelini öyrənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEK-də Silahlı Qüvvələr Gününə həsr olunan sərgi keçirilib

Aysel Əlibəyli 25 İyun 2026 · 16:27 1082 baxış Milli Elmi Kitabxanada Azərbaycan Ordusunun tarixi və qəhrəmanlıq salnaməsini əks etdirən xüsusi sərgi təşkil olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 26 İyun – […]

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 1122 baxış Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri […]

“Pulsuz təhsil anlayışı nisbi məsələdir” – Nazir

Aysel Əlibəyli 24 İyun 2026 · 17:55 1116 baxış Elpress.az xəbər verir ki, Emin Amrullayev ali təhsilin maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Nazir bildirib ki, dünyanın heç bir ölkəsində təhsil tam mənada pulsuz […]