--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

MEK-də Silahlı Qüvvələr Gününə həsr olunan sərgi keçirilib

Aysel Əlibəyli 25 İyun 2026 · 16:27 1144 baxış

Milli Elmi Kitabxanada Azərbaycan Ordusunun tarixi və qəhrəmanlıq salnaməsini əks etdirən xüsusi sərgi təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə xüsusi sərgi təşkil edilib.Sərgidə Azərbaycan ordusunun quruculuq yolu, hərb tarixi, milli qəhrəmanlıq nümunələri və Vətən müdafiəsi mövzularını əks etdirən müxtəlif nəşrlər ziyarətçilərə təqdim olunub.Tədbir çərçivəsində MEK-in fondlarında qorunan “Heydər Əliyev və Qarabağ”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”, “Zəfər yolu”, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Azərbaycan Ordusunun tarixi” beşcildliyi və digər dəyərli nəşrlər nümayiş etdirilib.Sərgidə təqdim olunan kitablarda Azərbaycan ordusunun inkişaf mərhələləri, ordu quruculuğu sahəsində görülən işlər, Vətən müharibəsi zamanı göstərilən qəhrəmanlıqlar və tarixi qələbə ilə bağlı məlumatlar geniş şəkildə əks olunub.Təşkil olunan sərgi Silahlı Qüvvələr Gününün əhəmiyyətini, Azərbaycanın hərb tarixini və milli-mənəvi dəyərləri təbliğ etmək məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Next Article

MN-in hərbi qulluqçuları təltif olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Niyazinin doğum günüdür: Azərbaycan dirijorluq məktəbinin banisi

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:42 1044 baxış Bu gün dünya şöhrətli dirijor və bəstəkar Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 114-cü ildönümüdür. Elpress.az xəbər verir ki, Niyazi Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. O, […]

Əli Hacıdan yeni şeir

Elşən 14 İyul 2026 · 13:50 1142 baxış Əli Hacı sosial şəbəkə hesabından yeni şeirini oxucularla bölüşüb. Elpress.az olaraq şeiri təqdim edirik: Bəxtimi silkələdim,Üstümə qəm töküldü !Bədən darmış ruhuma,Əlim,dilim söküldü ! Yol-qələm,kağız-yarpaqDil-meydan,sinəm-dağ !Güvəndiyim torpaq da,Ayaq altdan […]

Xocavənd Şəhəri Günü qeyd olunub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:24 1070 baxış Şəhərdə bayram tədbirləri, konsert proqramı və atəşfəşanlıq təşkil edilib Elpress.az xəbər verir ki, Sentyabrın 20-də Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günləri qeyd olunur.Bu münasibətlə […]

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Aysel Əlibəyli 19 İyun 2026 · 11:24 1126 baxış Perunun paytaxtı Lima ilə Bakı arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales və Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyev […]