--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1036 baxış

Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib.

Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə başlayıb.Festivalın ilk günündə yerli və xarici sənətçilər media nümayəndələri və pərəstişkarları ilə görüşərək təəssüratlarını bölüşüblər. Qırmızı xalçada rəngarəng obrazlar və səmimi açıqlamalar diqqət çəkib.

Azərbaycanın Xalq artisti EMIN festivalın ildən-ilə daha böyük beynəlxalq platformaya çevrildiyini vurğulayaraq qonaqları salamlayıb və tamaşaçılara dəstəyə görə təşəkkür edib.

Müğənni Ani Lorak Bakıya hər səfərinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Alsu isə Azərbaycan mətbəxinə heyran qaldığını etiraf edərək yeni mahnısı **”Kəpənək”**in premyerasını məhz festival çərçivəsində təqdim edəcəyini açıqlayıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Roza Zərgərli belə beynəlxalq tədbirlərdə yerli ifaçıların iştirakının Azərbaycan musiqisinin tanıdılması baxımından mühüm rol oynadığını qeyd ediblər.

Rusiyalı sənətçi Stas Mixaylov Azərbaycanı özünə doğma ölkələrdən biri adlandıraraq övladları ilə birlikdə Bakını və Sumqayıtı ziyarət etməyi planlaşdırdığını söyləyib.

Festivalda ilk dəfə iştirak edən Belarusun “Çəhrayı qızılgüllər” qrupunun üzvləri isə Bakının müasir siması, qonaqpərvərliyi və dəniz mənzərəsinin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

Festivalın ilk konsert proqramında Busta Rhymes, EMIN, Ani Lorak, Alsu, Stas Mixaylov, Brendon Stone, Roza Zərgərli, Zülfiyyə Xanbabayeva, Cheb Khaled, Barbara Berta və digər məşhur ifaçılar səhnəyə çıxıblar.

DREAM FEST 2026 bu il də dünyanın müxtəlif ölkələrindən musiqi ulduzlarını Bakıda bir araya gətirərək Azərbaycanın beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən əsas məkanlardan biri olduğunu bir daha nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstanın bir çox bölgəsində elektrik enerjisi kəsildi

Next Article

Nazir Xalq artisti Flora Kərimovanı yubileyi münasibətilə ziyarət etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Aysel Əlibəyli 08 İyul 2026 · 15:11 1072 baxış Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Jean de La Fontainein doğum günüdür. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, XVII əsr Fransa ədəbiyyatının ən görkəmli simalarından […]

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 1072 baxış Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə […]

Əli Hacıdan yeni şeir

Elşən 14 İyul 2026 · 13:50 1110 baxış Əli Hacı sosial şəbəkə hesabından yeni şeirini oxucularla bölüşüb. Elpress.az olaraq şeiri təqdim edirik: Bəxtimi silkələdim,Üstümə qəm töküldü !Bədən darmış ruhuma,Əlim,dilim söküldü ! Yol-qələm,kağız-yarpaqDil-meydan,sinəm-dağ !Güvəndiyim torpaq da,Ayaq altdan […]

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Aysel Əlibəyli 18 İyun 2026 · 16:42 1132 baxış Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat prosesinə […]