--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Pakistan ordusunun komandanı İran rəsmisi ilə görüşüb

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:37 1008 baxış

Asim Münir və Məhəmməd Baqer Qalibaf regionda sabitlik və ABŞ-İran danışıqlarını müzakirə edib

Elpress.az xəbər verir ki, Pakistan ordusunun komandanı, feldmarşal Asim Münir İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla görüş keçirib.Görüşdə İranla ABŞ arasında danışıqlar və regionda sabitliyin təmin olunması məsələləri müzakirə edilib. Qalibaf ABŞ-ın anlaşma memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.İran rəsmisinin sözlərinə görə, Vaşinqtonun öhdəliklərini icra etməməsi regionda sabitliyin bərpasına mane olur və ABŞ-a qarşı etimadsızlığı artırır.Qalibaf həmçinin İranın təzyiqlər qarşısında geri çəkildiyi barədə iddiaları rədd edib. O vurğulayıb ki, Tehran memorandumda müəyyənləşdirilən şərtlərin yerinə yetirilməsini tələb edir və öhdəliklərini ilk növbədə ABŞ icra etməlidir.Asim Münir isə Pakistanın regionda sabitliyin bərpasına yönəlmiş səylərini davam etdirəcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Next Article

Xətainin bəzi ərazilərində su təchizatı dayandırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ İrana qarşı yeni hərbi əməliyyata başladı

Aysel Əlibəyli 09 İyul 2026 · 00:52 1078 baxış ABŞ Silahlı Qüvvələri İrana qarşı əlavə hava zərbələri endirməyə başlayıb. Elpress.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi “X” hesabında məlumat […]

Günəş tutulması İspaniyanı qaranlığa bürüdü

Aysel Əlibəyli 13 Avqust 2026 · 12:34 1034 baxış 12 avqust 2026-cı ildə İspaniyada nadir astronomik hadisə baş verib. Tam Günəş tutulması ölkənin bir sıra ərazilərindən aydın şəkildə müşahidə olunub. Elpress.az xəbər verir ki, Hadisə […]

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 1133 baxış Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub. Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına […]