--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Əli Hacıdan yeni şeir

Elşən 14 İyul 2026 · 13:50 1156 baxış

Əli Hacı sosial şəbəkə hesabından yeni şeirini oxucularla bölüşüb.

Elpress.az olaraq şeiri təqdim edirik:

Bəxtimi silkələdim,
Üstümə qəm töküldü !
Bədən darmış ruhuma,
Əlim,dilim söküldü !

Yol-qələm,kağız-yarpaq
Dil-meydan,sinəm-dağ !
Güvəndiyim torpaq da,
Ayaq altdan çəkildi !

Ömrümün bu sonunda,
Çıxdım hər cür oyundan !
Bənövşənin boynu da,
Mənə görə büküldü !

Göydən gəlmədi daşım,
Atan yardı,alışım !
Əyilmədi heç başım,
Dərd gördükcə dikəldi !

Sən də yaxın gəl,mələk
Vaxtı ələyir Fələk !
Barı,şəkil çəkdirək
Qalan,bircə şəkildi !

Bəxtimi silkələdim,
Üstümə qəm töküldü !
Bədən darmış ruhuma,
Əlim,dilim söküldü !

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı–Şamaxı yolunda təhlükəli çökmə – sürücülərə xəbərdarlıq

Next Article

Kreml kiberhücum ittihamlarını rədd etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:26 1136 baxış “Mən, Ennio Marrikone, öldüm…” – Milyonların qəlbində iz qoyan bəstəkarın təsirli həyat hekayəsi Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Dünya kino musiqisinin ən böyük simalarından biri […]

Azərbaycan sənətkarlığı İstanbulda nümayiş olunur

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:58 1070 baxış Azərbaycanın zəngin sənətkarlıq irsi İstanbulda keçirilən beynəlxalq sərgidə nümayiş olunur. Ölkəmizi təmsil edən sənətkarlar milli əl sənəti nümunələrini xarici ziyarətçilərə təqdim edirlər. Elpress.az xəbər verir ki, […]

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1079 baxış Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən […]